Menu

Berdiməhəmmədovdan Qədr gecəsi ilə bağlı qərar

09.06.2018, 14:27
Berdiməhəmmədovdan Qədr gecəsi ilə bağlı qərar

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qədr gecəsi münasibətiylə 611 məhbusu əfv edəcək. Axar.az xəbər verir ki, Berdiməhəmmədov bu barədə qərarı dünən hökumətin iclası zamanı qəbul edib. O, Qədr gecəsi zamanı amnistiyanın həyata keçirilməsinin Türkmənistanda ənənə olduğunu deyib.

Berdiməhəmmədov həmçinin Türkmənistan vilayətlərinin rəhbərlərinə həbsdən azadlığa buraxılanların işlə təmin edilmələrinə şərait yaradılmasını tapşırıb.

Qeyd edək ki, keçən il Qədr gecəsi zamanı Berdiməhəmmədov 1029, 2016-cı ildə isə 600 məhbusu əfv etmişdi.

Şərhlər

hüquqşünas 2018-06-09 14:27:49

Əhv fərmanı belə olur.Həbsdən azad edilənlərin sonrakı həyatı dövlətin nəzarəti altında olur.Onlar iş yerləri ilə təmin olunur və məyyən müddət nəzarətdə olurlar.Çünki Azərbaycanda olduğu kimi həbsdən azad olunanlar dövlətin diqqətindən kənar olduqda azad edilənlər tərəfindən növbəti cinayətlərin baş verməsi gözləniləndir.Statistikaya diqqət edilsə bizdə amnistiya ilə və ya adi azad edilənlərin 60-80 faizi az bir müddətdə yenə həbsə alınırlr.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol