Menu

ŞƏT proteksionizmə qarşı çıxıb! - Dünya ticarətində...

11.06.2018, 00:05
ŞƏT proteksionizmə qarşı çıxıb!  - Dünya ticarətində...

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ticatət sahəsində proteksionizmə qarşı çıxış edirlər və şəffaf, ayrıseçkiliyin olmadığı hərtərəfli ticarət sisteminin möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin Tsindzo (Şandun əyaləti) şəhərində keçirilmiş ŞƏT-a üzv dövlətlərin başçılarının iclasının yekunları barədə danışarkən bəyan edib.

«Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qüvvədə olan qaydalarının nüfuzunu qorumaq, açıq, şəffaf, ayrıseçkiliyin olmadığı və çoxtərəfli ticarət sisteminin uyğun qaydalarına əsaslanan əməkdaşlığı möhkəmlətmək vacibdir.

Proteksionizmin istənilən təzahürünə qarşı durmaq, qarşılıqlı fayda və ümumi uduş prisipləninə sadiqliyi qorumaq lazımdır» - deyə, Si Tsizinpin bəyan edib. O, əlavə edib ki, ölkələr «bölgəsel iqtisadi əməkdaşlığı təkmilləşdirəcək, «Bir kəmər, bir yol» təşəbbüsünün reallaşdırılması yolunda birgə səyləri artıracaqlar».

Çin liderinin sözlərinə görə, sammitdə «ticarət-iqtisadi, investisiya, maliyyə, kənd təsərrüfatı sferalarında əməkdaşlığı dərinləşdirməyə hazır olmaq, ticarət və investisiya üçün əlverişli şəraitin yaradılması və s. fikiri ifadə olunub».

«Bununla bərabər, dünya iqtisadiyyatının bərpası rəvan getmir. Beynəlxalq və bölgəsel gündəliyin qaynar mövzuları burda-orda ortaya çıxır. Biz, bunda həmrəyik ki, dinamik inkişaf edən hazırkı dünya nəhəng dəyişikliklər və ciddi yenidəntənzimləmə dövrünü yaşayır. Çoxqütblü və iqtisadi qloballaşma prosesləri inkişaf edir, ölkələr arasında daha sıx əlaqələr yaranır» - deyə, ÇXR sədri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol