Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin "Bizim Yol" qəzetinin əməkdaşı Əli Cahangiroğlunu təhqir etməsinə münasibət bildirib.
MŞ sədri deyib ki, vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. "Buna görə də «Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır.
Biz, hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq «Bizim yol» qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var.
Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərziman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır".


Şərhlər
ƏKS TƏRƏFİ SADƏCƏ QINAMAQ HEÇ DƏ YETƏRLİ DEYİL.ƏGƏR HANSISA JURNALİST MƏMURA AĞIR BİR KƏLMƏ DESƏ ONU VƏTƏN XAİNİ ÇIXARDAR VƏ 40 İL İŞ VƏ İŞGƏNCƏ VERƏRDİLƏR.GENERAL-MAYOR DEDİYİNİZ ŞƏXS FAKTİKİ OLARAQ JURNALİSTİ VƏZİFƏ BAŞINDA TƏHQİR EDİB.ONUN ŞƏRƏF VƏ LƏYAQƏTİNİ ALÇALDIB.ÖLKƏNİN QANUNLARINI KOBUD ŞƏKİLDƏ VƏ HARINCASINA POZUB.SİZSƏ ONU ÇOX YAĞLI SÖZLƏRLƏ YÜNGÜLCƏ QINAMAĞI TÖVSİYYƏ EDİRSİNİZ,ELƏMİ?FƏRZ EDİN Kİ,HƏMİN SÖZLƏRİ JURNALİST GENERALA DEYİB,NƏLƏR OLARDI TƏSƏVVÜR EDİRSİZMİ?