UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsi Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşının həbs olunmasına dair iddalarla bağlı məlumat yayıb. Məlumatda bildirilir:
" İyunun 11-də bəzi KİV-lərdə dələduzluqda təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilən Vəfa Osmanlının Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı olduğu qeyd edilib.
Bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Vəfa Osmanlı adlı əməkdaşı yoxdur".

Şərhlər