Menu

Azərbaycan əhalisinin sayı açıqlanıb

14.06.2018, 11:33
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı 25018 nəfər artaraq 2018-ci ilin may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin 52,9 %-i şəhər, 47,1%-i kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol