Menu

Aİ ölkələri ABŞ-a qarşı rüsumların tətbiqini yekdilliklə dəstəkləyib

15.06.2018, 09:38
Aİ ölkələri ABŞ-a qarşı rüsumların tətbiqini yekdilliklə dəstəkləyib

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-a qarşı idxal rüsumlarının tətbiq olunmasını yekdilliklə dəstəkləyib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, müvafiq qərar ötən gün Brüsseldə keçirilmiş toplantıda qəbul edilib.

Məlumata görə, qeyd olunan addımlar Avropa Komissiyası tərəfindən dəstəklənməlidir. Avropa Komissiyasının növbəti iclası iyunun 20-nə planlaşdırılıb.

Bundan əvvəl ABŞ Aİ, Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol