Azərbaycan Demokrat Partiyasının sədri, partiyadan Respublika Prezidentliyinə namizəd irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə İcra Aparatına müraciət edib. AzPolitika.info-ya partiyadan verilən məlumata görə, ərizədə deyilir:
“Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm.
2013-cü il Prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm.
Bunları nəzərə alaraq ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.
Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz.
S.Cəlaloğlu
11 oktyabr 2013-cü il
Bakı şəhəri”
Partiya sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.
ADP sədrinin bu addımı, çox böyük ehtimalla diqqəti üzləşdiyi biabırçılıqdan yayındırmaq cəhdidir və həyata keçməyəcək.


Şərhlər