"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir".
"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda Azərbaycanla Ermənistanın da bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir", - o qeyd edib.
M.Zaxarova Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünü şərh edərkən bildirib ki, bu məsələylə bağlı iki ölkənin xarici diplomatiya idarəsinə müraciət etmək lazımdır.


Şərhlər
İki xalq arasında qan tökən Rusiyadır.Əgər Rusiya DQ və ermənistan ərazisindəki terrorçu hərbiçilərini geri çəksə,nə qan töküləcək,nə də müharibə olacaq.
Bir kəndli çöldə öküzü ilə yer şumlayır. Öküzün boyunduruğunda da kəndlinin uşağı oturub. Bu dəmdə kəndlinin gözünə öküzün belində oturmuş şeytan görünür və şeytan barmağını öküzün quyruğunun altına salmaq istəyir. Şeytan deyir: İstəyirsən sənə öz balamı verim. Kəndli isə cavabında deyir, balamnan işin olmasın, balan da özünə qalsın.
İndi ay xanım Zaxarova, siz barmağınızı quyruğun altından çəkin və biz də "Lazım müəllimin" gəlişini gözləyək.