Menu

DÇ 2018: Portuqaliya - İspaniya - 3:3  + VİDEO

16.06.2018, 00:12
DÇ 2018: Portuqaliya - İspaniya - 3:3  + VİDEO

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun baş tutdu.Musavat.com xəbər verir ki, günün son oyunu keçirilib. İlk matç ilə “A” qrupunda birinci tura yekun vurulub. Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Məhəmməd Salahın oynamadığı görüşdə Cənubi amerikalılar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.

“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkir. Sankt-Peterburqda keçirilən bu görüşü türkiyəli hakim Cüneyt Çakır idarə edib.

İki oyundan sonra isə hazırda azarkeşlər Portuqaliya - İspaniya qarşılaşmasına tamaşa edib. Oyunun birinci hissəsində Kristiano Ronaldo hesabı açıb. Oyunun ilk hissəsində 25-ci dəqiqədə isə Dieqo Kosta hesabı bərabərləşdirib.

Oyunun birinci hissəsinin bitməsinə 1 dəqiqə qalmış Portuqaliya komandası hesabı yenidən artırıb. Ronaldo dünya çempionatında ikinci qolunu vurub. Hesab Portuqaliyanın xeyrinə 2-1 olub.

Oyunun ikinci hissəsində Dieoqo Kosta yenidən qol vuraraq hesabı bərabərləşib.

Ardından çox keçmədən 58-ci dəqiqədə Naço Portuqaliyanın qapısından üçüncü topu keçirib. Oyunun son dəqiqələrində, Ronaldo yenidən fərqlənib. Cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu dünya çempionatında üçüncü qolunu vurdu. Beləliklə matç 3-3 hesabı ilə başa çatıb. Komandalar stadiondan 1 xalla ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol