Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
"AzPolitika" FHN-in saytına istinadəla bildirir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat başa çatıb.


Şərhlər