Menu

Ermənistanda "Dona Pipo" ləqəbli avtoritet və 4 rusiyalı saxlanılıb

16.06.2018, 23:37
Ermənistanda "Dona Pipo" ləqəbli avtoritet və 4 rusiyalı saxlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti şənbə günü "Dona Pipo" ləqəbli avtoritet Artur Asatryanın və 4 Rusiya vətəndaşının saxlanıldığını xəbər verib.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, onlar insan oğurluğunda şübhəli bilinirlər.

Xidmətin yaydığı məlumata görə, cinayət işi çərçivəsində kriminal avtoritetin evində və digər ərazilərdə aparılan axtarışlar zamanı silah-sursat aşkarlanıb. Asatryan 3 nəfərin oğurluğunda şübhəli bilinərək saxlanılıb.

O, habelə bir qrup şəxslə qabaqcadan əlbir olaraq, qanunsuz olaraq silah əldə etməkdə, saxlamaqda və digər cinayətlərdə ittiham edilir. Bu cinayətlərə görə, azadlıqdan 8 ilə qədər müddətinə məhrum edilmə nəzərdə tutulur.

"Cinayət işi ilə bağlı daha 4 nəfər - Rusiya vətəndaşları saxlanılıb" , - deyə xidmətin məlumatında bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol