Menu

Araz çayında batan İmişli sakininin cəsədi tapılıb 

17.06.2018, 11:05
Araz çayında batan İmişli sakininin cəsədi tapılıb 

İyunun 16-da Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol