Menu

Əli Həsənovdan Minsk qrupunun ünvanına sərt sözlər

23.07.2014, 12:29

Eli HAS“Minsk qrupu öz mahiyyətini itirib"

“ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

“Minsk qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”, - deyə Ə. Həsənov vurğulayıb.

ATƏT-in Minsk qrupunun öz mahiyyətini itirdiyini deyən Ə. Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol