Menu

“Kürü diplomatiyası” görünür aktuallığını itirməyib- BƏYANAT

11.10.2013, 12:22
“Kürü diplomatiyası” görünür aktuallığını itirməyib- BƏYANAT

"Avropa Şurası Azərbaycan avtoritar rejiminin dəyərlərinin təsiri altında nüfuzdan düşür"

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil həsənlinin Seçki Qərargahının ATƏT/DTİHB, ATƏT PA-sı, AŞPA, AP müşahidəçilər missiyasının hesabatları ilə bağlı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ATƏT-in Demokratik Təsisatlar və İnsan Halqarı Bürosu və ATƏT Parlament Assambleyasının Azərbaycan Respublikasında 9 oktyabr prezident seçkilərinin nəticələrilə bağlı bəyanatlarını bəyənir. Fundamental azadlıqların məhdudlaşdırlması, namizəd və seçicilərin qorxudulması kimin halların missiya tərəfindən ciddi pozuntu və Azərbaycanın ATƏT önündə götürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi etiraf etməsi son 10 ildə İlham Əliyev rejiminin yaratdığı atmosferi əks etdirir. Biz 9 oktyabr prezindent seçkilərinin vətəndaşların sərbəst toplaşmaq, ifadə və. toplanmaq azadlıqlarının realaşdırılmasına ciddi maneələr şəratində keçirilməsilə tam razıyıq. Səsvermə günü seçki prosesinə müdaxilələr baş verib. Eyni zamanda biz ATƏT missiyasının səsvermə günü seçkilərə 72% seçici gəlməsi haqda fikrilə razı deylik və bu rəqəmi iqtidarın seçici səsilə manipulrayasiya etmək üçün yaratdığı “karusel” sisteminin nəticəsi sayırıq. Demokratik Qüvvələtin Milli Şurası Avropa Şurası Parlamenet Assambleyasının, Avropa Parlamenti missiyalarının gəldikləri nəticələrlə heç cür razılaşmır və bu nəticələrin seçiklərdəki atmosferə uyğun olmadığını bildirir. Bizim etirazımız bu seçkilər missiyasının “şəffaf, ədalətli və azad seçkilər” kimi verdiyi qiymətədir. Biz bu nəticələri seçicilərin hiss və ləyaqətlərinə təhqir hesab edirik. Azərbaycan xalqı beynəlxalq demokratik birlikdən Azərbaycan xalqının iradəsinin ifadəsinə dəstək və hörmət gözləyirdi. Amma təəssüf ki, AŞPA-nın qazandığı pis şöhrət “kürü diplomatiyası” görünür aktuallığını itiməyib və bütün dünyada demokratik dəyərləri qoruyan qüvvələrin ciddi diqqətinə səbəb olmalıdır. Belə addımlar təkcə avtoritar ölkələrdə demokratiyaya qurlmasına deyil, habelə demokratiyanın beşiyi olan ölkələrə də təhlükədir. 2001-ci ildə Avropa Şurası Azərbaycanı öz sıralarına qəbul edərkən ölkə vətandaşlarımızın böyük hissəsi kimi ümid ediridi ki, Azərbaycan Avropa dəyərlərilə yaşayacaq. Amma təəssüf ki, Avropa Şurası Azərbaycan avtoritar rejiminin dəyərlərinin təsiri altında nüfuzdan düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol