QAROVULÇU SƏİDİN BİLDİYİ SİRR...

Fazil MUSTAFA, millət vəkili

Pakistanlı böyük düşüncə adamı və fizika üzrə Nobel mükafatı laureatı Əbdüssalam ingilis təhsil sisteminin yetirməsi olsa da, öz sağlam imanı ilə seçilən və soykökünə bağlı olan şəxsiyyət kimi tanınır. Özünün məşhur Nobel nitqində əsas yeri Quranın "Əl-Mülk" surəsindən gətirdiyi iqtibaslar tutur və öz elmi sisteminin bu surə ilə əlaqəli olduğunu dünya elmi dairələrinin diqqətə çatdırır.

Yəni adam Quranı başının üstünə deyil, dolabın içinə deyil, məhz anlayaraq başının içinə yığanlardan olduğuna görə XX əsrin fizikasında ən böyük kəşflərdən birinə imza atıb. Həyatında ən maraqlı epizod isə onun Nobel mükafatı aldıqdan sonra Pakistana gəlişi hesab oluna bilər. Əbdüssalam istirahət günü olmasına baxmayaraq, sürücüsündən özünün ilk təhsil aldığı gimnaziyaya maşını sürməsini istəyir. Sürücü, istirahət günü olduğunu və orada kimsəni tapa bilməyəcəklərini söyləsə də, bu böyük alim deyir ki, mənim axtardığım insan mütləq orada olacaqdır. Bu şəxs həmin məktəbin qaravulçusu Səid idi. Həqiqətən də Səidi iş yerində tapırlar. Məktəbə bağlı olan bu ahıl kişini qucaqlayıb bağrına basan Əbdüssalam deyir ki, mənim yetişməyimdə onun müstəsna rolu var. Çünki o hiss edirdi ki, mən böyük alim olacağam, otağımı arxadan mısmarla bağlayırdı ki, o biri uşaqlar içəri girərək çalışmama mane olmasınlar. Özü isə yeməyimi pəncərədən verirdi. Yalnız çalışmalarım bitəndən sonra məni çölə buraxırdı. Əlində imkan olduğu vaxtlardan başlayaraq Əbdüssalam həmişə ona dolanışıq üçün vəsait göndərirmiş.

Əbdüssalam Nobel nitqində isə deyirdi ki, İslam aləminin geriliyinin səbəbi qətiyyən İslam dini ilə, Quranla bağlı deyil, bu dinin yobazlar və cahillər tərəfindən təhrif olunması ilə bağlıdır.

İndi o sadə iman sahibi qarovulçu Səid qədər hər birimiz təhsilə, elmə dəyər verə bilsəydik, kim bilir azərbaycanlılar hansı yüksək bilik mərtəbələrindən boy göstərmiş olardılar...

Bu epizodu Yeni Yasamalda yerləşən "Albalı" uşaq bağçasında dəvət olunduğum məzun törənində körpə övladlarımızın gözəl rəqslərini, şeir və məhnıllarını, digər qabiliyyətlərini zövqlə izlərkən düşündüm və nədənsə düşündüm ki, ilk öncə bizim məmləkətə Səidlər, yəni vicdanlı, imanlı və idealist qarovulçular lazımdır ki, Əbdüssalamları seçib başqalarından ayırsın və qapısını mıxlayıb cəhalət havasının onun otağına dolmasına izin verməsin. Sonrası pəncərədən ötürülən qida ilə də olsa, mütləq Əbdüssalamlar yetişəcək. O zaman görəcəklər ki, elmin qarşısındakı sədd Quran ola bilməz, o sədd Quranı doğru anlamayan, təhqif edən, beyninin içinə yığmaq yerinə başının üstünə qoyan, oradan barış sözünü qətl kimi anlayan, humanizmi vəhşilik kimi öyrənən və müasir dünyamızın antoqonizminə çevirən qafamızdır, qafamız...

Sonda onu da deyim ki, Əbdüssalam 250 nəfər dəyərli fizik-alim yetişdirib. Yüzlərlə böyük elmi titulu daşıyanların beş nəfər dünyaya çıxacaq alim yetişdirə bilmədiyi Azərbaycan adlı məmləkətimizdə bunun nə demək olduğunu elm sahəsindəki bütün antik və müasir lüğətləri ələk-vələk etsəniz də, tapa bilməyəcəksiniz.

Bunun sirrini yalnız qaravulçu Səid bilir...

635x100

Şərhlər

çiçək 2018-06-19 18:36:46

Əslində bu mövzuda zaman - zaman narahatlığınızın əsil səbəbi bilinməsəydi, sizə əhsən deyərdim. Hər halda bilməmiş deyilsiniz ki, hissləri, düşüncələri nə qədər gizlətməyə çalışsaq da, başqa dona büküb təqdim eləməyə çalışsaq da mümkün olmur, kimliyimizi, istəklərimizi, ümumən bütövlükdə hər şeyi ələ verir. Çox təəssüf... Məhz sizin bu tipli yazılarınız bu mənada sizin istəklərinizin reallaşmasına deyil, daha çox reallaşmamasına xidmət edir.

Alim pedaqoq 2018-06-19 18:36:46

Hörmətli Fazil müəllim, qeyd edirsiniz ki, böyük ALİM “Əbdüssalam 250 nəfər dəyərli fizik-alim yetişdirib. Yüzlərlə böyük elmi titulu daşıyanların beş nəfər dünyaya çıxacaq alim yetişdirə bilmədiyi Azərbaycan adlı məmləkətimizdə bunun nə demək olduğunu elm sahəsindəki bütün antik və müasir lüğətləri ələk-vələk etsəniz də, tapa bilməyəcəksiniz Bunun sirrini yalnız qaravulçu Səid bilir…”. Əgər, alimlərimizin fizika üzrə yeni Elmi Kəşfi kimi Azərbaycan elmi əsasında hazırlanmış, ölkəmizin neftindən də qiymətli "Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən YENI NÖV Alternativ və Bərpa Olunan Enerji Mənbəyi" adlı İnnovativ Layihə haqqında “AzPolitikanın” 24.12.2017 tarixli nömrəsində dərc edilən “Azərbaycan Almlərinin Yeni Kəşfi - Yeni növ Alternativ Cərəyan Mənbəyi” adlı məqaləni oxusanız (?), məmləkətimizdə əqli mülkiyyətə biganəliyin “sirrini açmağa” yəqin edərsiz ki, qaravulçu Səid axtarmağa ehtiyac yoxdur. Qeyd: artıq LAYIHƏ müəlliflərinə ABŞ-da daimi yaşamaq və işləmək üçün Dövləd Departamenti tərəfindən dəvət “Green Card” göndərilmişdir.

t.ədalət 2018-06-19 18:36:46

Bizim Elmlər Akademiyasında biliyi oilanları qapıdan qovurlar.O da həqiqəıtdir ki,alimlərimizin yetişməsinə əngəl olanları tapıb Akademiyaya rəhbər təyin edirlər.Əlbəttə,seçki səthi xarakter daşıyır.Antimilli hislərlə yaşayanları,anası və arvadı erməni olanlar kimi,harda olsa axtarıb tapırlar, vəzifələrə təyin edirlər.Bizdə qaravulçu səidlər təqib olunurlar..

Kilimci 2018-06-19 18:36:46

Hemin o alimlerimizin, ali mekteb muellimlerimizin mevacibeleri en azi millet vekillerinin mevacibi qeder yuksek olsaydi Sizin onlara ne ise irad tutmaq haqqiniz olardi..

Son yazılar