Menu

Misir futbol yığmasının baş məşqçisi istefaya göndərilib

20.06.2018, 01:57
Misir futbol yığmasının baş məşqçisi istefaya göndərilib

Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Assosiasiya rəhbərliyindəki mənbəyə istinadən "Əl-Vatan" qəzeti yazıb.

Bildirilir ki, MFA Ektor Kuper və futbol üzrə Misir yığması qərargahının DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefa göndərilməsinə razılıq verib.

Görüş iyunun 25-də Volqoqradda baş tutub.

Misirlilər qrup mərhələsinin birinci turunda Uruqvaya (0:1), ikinci turunda isə Rusiyaya (1:3) məğlub olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol