Menu

Bakıda dəhşətli qəza - Gənc ailə məhv oldu

20.06.2018, 17:02
Bakıda dəhşətli qəza - Gənc ailə məhv oldu

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /Lent.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol