Menu

Böyük Britaniya səfirliyi MSK sədrini təkzib etdi

11.10.2013, 12:32
Böyük Britaniya səfirliyi MSK sədrini təkzib etdi

«Biz Mərkəzi Seçki Komissiyasına heç bir rəy göndərməmişik»

MSK sədri Məzahir Pənahovun bütün beynəlxalq təşkilatların seçkilə bağlı müsbət fikirdə olması barədə dediklərinə Böyük Britaniya səfirliyindən reaksiya gəlib.

“Biz seçki prosesini necə izlədiyimiz, yekun nəticələrlə bağlı mövqeyimizi açıqlamamışıq”, - deyə Böyük Britaniya səfirliyindən bildirilib.

“Azadlıq” radiosuna verilən açıqlamada həmçinin qeyd olunur ki, seçkilərdə səfirliyin özünün müşahidə missiyası olub: “Britaniya hökuməti və müşahidə missiyası olaraq,seçki ilə bağlı bəyanatımızın bu gün və ya sabah açıqlanacağı gözlənilir. Biz Mərkəzi Seçki Komissiyasına heç bir rəy təqdim etməmişik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol