Menu

Ermənistanda baş nazirə qarşı cinayət işinə xitam verilib

22.06.2018, 09:59
Ermənistanda baş nazirə qarşı cinayət işinə xitam verilib

Ermənistan Xüsusi İstintaq Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı kütləvi iğtişaşların təşkili ittihamı üzrə başlanmış cinayət işinə xitam verib.

APA-nın xəbərinə görə, müvafiq məlumat adıçəkilən qurumun rəsmi saytında dərc edilib.

Məlumata görə, N.Paşinyan və bir neçə tərəfdarına qarşı başlanmış cinayət işi cinayət tərkibinin olmaması səbəbindən bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol