Menu

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

22.06.2018, 18:44
Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşmək barədə razılıq əldə ediblər", - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol