Menu

"PKK liderləri İrana qaçır, orada gizlənir" - Çavuşoğlu

22.06.2018, 21:05
"PKK liderləri İrana qaçır, orada gizlənir" - Çavuşoğlu

PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar zamanı qruplaşma liderləri tez-tez qanunsuz yollarla İrana keçir və burada gizlənirlər. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu bütün bunların İranın terrorçuları dəstəklədiyi anlamına gəlmədiyini də qeyd edib.

“İran həmçinin özünə qarşı da ünvanlanmış PKK təhlükəsini çox gözəl başa düşür”, - Çavuşoğlu bildirib.

XİN rəhbəri bütün qonşu ölkələrin PKK-ya qarşı vuruşmalı olduğunu vurğulayıb.

Şərhlər

Aqil 2018-06-22 21:05:28

PKK-çılar tək İrana yox, Azərbaycana da gelirler.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol