Menu

Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

22.06.2018, 23:12
Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

Tatarıstanın Zainsk şəhərində yaşayış binasında qaz balonu partlayıb.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış mənzillərdən birində təmir işləri aparılan zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol