Menu

DÇ-2018: Belçika qrupdan çıxdı, Tunis ələndi

23.06.2018, 18:59
DÇ-2018: Belçika qrupdan çıxdı, Tunis ələndi

DÇ-2018-də, G qrupunda 2-ci turun oyunları başlayıb. Bakı vaxtı ilə 16:00-da Belçika və Tunis millilləri qarşılaşıb. Musavat.com xəbər verir ki, oyunun 6-cı dəqiqəsində Eden Hazard penalti zərbəsindən hesabı açıb - 1:0. 16-cı dəqiqədə Lukakı daha bir qol vurub - 2:0. Bundan 1 dəqiqə sonra Tunis hesab arasındakı fərqi azaldıb - 2:1. Birinci hissəsinin sonunda Lukaku daha bir qola müəlliflik edib - 3:1. Matçın 51-ci dəqiqəsində Eden Hazard hesabı 4:1 edib. 90-cı dəqiqədə Belçika hesab arasındakı fərqi daha da artırıb - 5:1. Artırılmış dəqiqələrdə Tunis millisi yenə fərqi azaldıb - 5:2. Beləliklə Belçika yığması növbəti mərhələyə vəsiqəni təmin edib, Tunis millisi isə son oyunun nəticəsindən asılı olmayaraq mundialdan ələnib.

Musavat.com-un FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxıblar:

Belçika: Kurtua, Boyata, Mönye, Alderveyreld, de Bröyne, Ferreyra Karrasko, Vitsel, Hazard, Mertens, Lukaku

Tunis: Ben-Mustafa, Siam Ben-Yussef, Maalul, Bronn, Merya, Kaui, Skiri, Hazri, Sassi, Badri, Fahreddin Ben-Yussef.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol