Menu

NAZİR YAVƏR CAMALOV DƏFN EDİLDİ - FOTOLAR

24.06.2018, 15:43
NAZİR YAVƏR CAMALOV DƏFN EDİLDİ  - FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib.Dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Y. Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.

Qeyd edək ki, 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb. Bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Y. Camalovun dünən günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Y. Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib və ötən döv ərzində 3 dəfə yünidən bu vəzifəyə təyin olunub.

Y. Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib

Yavər Camalov dəfn edildi – Fotolar

Yavər Camalov dəfn edildi – Fotolar

Yavər Camalov dəfn edildi – Fotolar

Yavər Camalov dəfn edildi – Fotolar

Yavər Camalov dəfn edildi – Fotolar

Yavər Camalov dəfn edildi – Fotolar

***

axar.az1404456298Yaver_Camalov_171210_3Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

Nazir bu gün günorta saatlarında Bakıdakı evində vəfat edib.

APA-nın məlumatına görə, bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

69 yaşlı nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.

Allah rəhmət etsin!

Şərhlər

002 2018-06-24 15:43:18

Ne deyim vallah.
ALLAH REHMET ETSIN, EGER ETSE..
Onu biliremki, tebii yolnan olmedi..

VƏHY-ATALAR SÖZÜ: 2018-06-24 15:43:18

HƏQQİN ƏDALƏTİNİ POZUB NAHƏQQƏ RƏVAC VERƏNLƏR,
RƏVAC VERDİKLƏRİ HƏMİN NAHƏQQƏ DÜÇAR OLACAQLAR!

cəngərlik sakini 2018-06-24 15:43:18

RƏHMƏT yalnız ALLAHA məxsusdur.siz yalnız onun günahlarının bağışlanmasını ALLAHdan istəyə bilərsiniz. bir də nazirlərin topasının Azərbaycana 1 qəpiklik xeyri olmayıb.onun üçün HAQQ-HESAB başladı.

Sovet vetendashi 2018-06-24 15:43:18

Men hecne deye bilmerem bu ölenin hagginda.Jaxshi insan milletden gizlenmez milletin icinde olar.!!O evin gireceyi ve divarin hurdurluyu KREML divari hundurlukdedir!!!........ ne bash verirse bu Allahin ishidir!!musdegil olan dövletin 26 ilde hele 1hörmetli memur görmedik!!!Ölendede memuru nece terifleyirlershe adamin ölmeyi gelir!!!Dunya mali dunyada galacag amma TAMAH bu milletin axirina cixdi

Sirvanli 2018-06-24 15:43:18

Olen haqda deyerler, Allah rehmet etsin, amma onun vezifesinden istifade ederek Sirvan seherinin Icra bascisi qoyduqu qardasina gore o Allah qarsisinda da, bende qarsisinda da gunahkardi, Allahin en qeddar bir insanini bu posta qoymaq gunah idi.... ne qeder insanlar bedbext oldu,,,, bunlar nece baqislana biler. Qoy coxlari bundan ibret gotursun, pul cox seyi hell etse de her seyi hell etmir. Suleyman Peyqembere qalmayan Dunya bu olkeni daqidanlarami Qalacaq??? Gedenlerden sorusun:--- Ne apardiz? ...

Millet 2018-06-24 15:43:18

Vezife başarıları ilə tanış deyilik. Gğrünən o ki, ən böyük eseri maşının götürüldüyü bu qaladır( evi). Buna rəğmən isə Bizdən Allah rəhmət etsin demək düşər.

Veteran 2018-06-24 15:43:18

Allah gunahlarini bagiwlasin! Baxin ve netice cixarin memurlar! Hasarlara xerclediyiniz milyonlari yetim-yesire imkansizlara xercleyib savab qazanin ki, hec olmasa zamaninda belke Allah gunahlarinizin bir hissesinden kecer.

Bəhram Qarabağlı 2018-06-24 15:43:18

Allahdan indi rəhməт diləуirik!

Hesenaqanin qohumu 2018-06-24 15:43:18

Yavər Camalovun milyadlara bərabər mülklərin yarısı Azərbaycanda,yarısı isə xarici ölkələrdədir...........

Sedaqet 2018-06-24 15:43:18

ALLAH rehmet etsin. Cox heyif ... cavan oglu rehmete getmishdi dozmedi onun derdine. ALLAH o dunyasini versin hami onun haqqinda yaxsi sozler deyir. Uzuldum...

Kimsəsiz 2018-06-24 15:43:18

Bu yaxşı adam idi, Allah rəhmət eləsin, o biri quldurlara baxanda. Ancaq o da kompaniyanın bir üzvü idi. Onu demək istəyirəm ki, biz milləti talayıb bizə əzab verməyin, imkan verin biz də bir az insana bənzər yaşayaq. Hamının axırı budur. ..... Ona görə də insan olmaq və öz millətinə zülm etmək,başqasının payını yemək,çətindir. ....

REDAKTOR 2018-06-24 15:43:18

TƏBİİ Kİ YAVƏR CAMALOV COX HAZİRLİQLİ VƏ QEYRƏTLİ RƏHBƏR VƏZİFƏLİ SƏXS OLMAQLA YANASİ GOZƏL AİLƏ BASCİSİ, SADİQ İNSAN İDİ. AMMA NEYLƏMƏK Kİ ƏCƏL BAXMİR İNSANLARİN YASİNA TƏBİƏTİN BAHARİNA QİSİNA. SAİR DEMİSKƏN -DUNYA NƏ SİRİNSƏN SƏNİN DADİNİ BİLMƏTƏNDƏ YAZİQ BİLƏN DƏ YAZİQ, RAZİ BURAXMİRSAN BİR OVLADİNİ OLMƏYƏNDƏ YAZİQ OLƏN DƏ YAZİQ.KİMİSİNİN BƏNDƏ DUSUR GƏMİSİ, KİMİSİNİN MƏHSUL VERMİR ZƏMİSİ, AXLAYİR KİMİSİ, GULUR KİMİSİ, AXLAYANDA YAZİQ, GULƏNDƏ YAZİQ, .. ALLAH RƏHMƏT ELƏSİN.

Amon 2018-06-24 15:43:18

Bir iki nazirlik variydiki rehberi oz sahesinin mutexesisi idi onlardan biride yaver camalov idi.indi metroda kend teserrufatinda energetik nazirliyinde oldugu kimi aidiyyatsiz bir wexsi qoyacaqlar heesey batacaq hec olmasa mutexessis olsun cunki mudafie senayesi cox ciddi sahedi

X 2018-06-24 15:43:18

Allah rehmet elesin. Sadalanan mulkleri den nese apra bildimi?

NURəddin 2018-06-24 15:43:18

QƏLBİNDƏ HAQQ VƏ XALQ SEVGİSİ OLUBSA QƏBRƏ QOYULAN KİMİ ALLAHIN MƏRHƏMƏTİ İLƏ, YOX ƏGƏR HAQSIZLIĞA, ZÜLMÜN TƏRƏQQİSİNƏ XİDMƏT EDİB ALLAHIN BƏNDƏLƏRİNİ İNCİDİBSƏ VƏ YA BU YOLDA OLANLARLA BİR CƏRGƏDƏ DAYANIB VƏ ONLARIN ƏMƏLLƏRİNƏ SUSUBSA ANINDACA UCA YARADANIN QEYZ VƏ QƏZƏBİ İLƏ RASTLAŞSIN! QƏBRİNDƏ TUFANLAR QOPSUN!

Ənvər 2018-06-24 15:43:18

Allah rəhmət eləsin! Yaxşı adam idi, bacarıqlı rəhbər idi. Doğrudan da Azərbaycan üçün itkidir.

Səbuhi 2018-06-24 15:43:18

Allah rəhmət eləsin

xezer teymurov 2018-06-24 15:43:18

Allah rəhmət eləsin....Azərbaycan üçün xeyri dəyən nazir idi.

Mürsəl 2018-06-24 15:43:18

Men degig bilirem ki Yaver camalov..... Yaver Camalov prezidente muaruze hazirlamishdi Yahya Musayevin boyjk yeyintileri barede.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol