Menu

Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb

25.06.2018, 10:01
Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb

Kür çayının Zərdab rayonundan keçən hissəsində batan uşağın meyiti tapılıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, Zərdabın Bıçaqçı kəndində çayda batan azyaşlı Kənan Səmədovun axtarışları yekunlaşıb.

Onun meyiti batdığı ehtimal olunan yerdən təxminən 20 metr aralıda suyun üzünə çıxıb. Ərazidə olan nəzarətçılərin köməkliyi ilə meyit sahilə çıxarılaraq aidiyyatı üzrə təfhil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol