Menu

Cəmil Həsənliyə "prezident" deyə müraciət edildi -Fotolar-Yenilənir

11.10.2013, 13:13
Cəmil Həsənliyə "prezident" deyə müraciət edildi -Fotolar-Yenilənir

Milli Şura namizədi öz vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüş keçirir

Hazırda Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşür. Musavat.com-un məlumatına görə, çıxış edən Cəmil Həsənli seçki günü fədəkarlıq edən bütün Milli Şura üzvlərinə öz təşəkkürünü bildirib: “Biz deyirdik ki, bu ölkədə iqtidar seçki keçirmək istəmir. Hakimiytət seçki görüntüsü yaratmaq istəyirdi. Hakimiyyətin saxtakarlığı ATƏT tərəfindən də təsdiq olundu. Onların ilkin rəyi bu seçkilərin saxtalaşdırıldığını deməyə imkan verir. Beynəlxalq təşkilat olaraq onlar Azərbaycandakı seçki mənzərəsini açıq-aydın ortaya qoydu. Bilirsiniz ki, seçki dəyərləndirilməsi baxımından özünə hörmət edən ölkələrin hamısı bu sənədə istinad edəcək. Xarici media seçkinin total saxtalaşdırıldığı ilə bağlı reportajlar verdilər. Ayın 9-u Azərbaycanda seçki yox, hakimiyyətin mənimsənilməsi baş verdi. Bu, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir. Bizim və ATƏT-in, ABŞ Dövlət Departamentinin rəyinə görə həmin gün Azərbaycanda ən ağır cinayət tördədildi”.

Cəmil Həsənli bildirib ki, MSK rəhbəri Məzahir Pənahov qanun qarşısında cavab verəcək: “Onlar seçkinin saxtalaşdırılması və hakimiyyətin mənimsənilməsində iştirak ediblər. Bu prosesdə iştirak edən hər kəs qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaq”.

C.Həsənli ATƏT-in rəyində seçicilərin seçkidə iştirak etmə fəallığı ilə bağlı yayılan rəqəmin düzgün olmadığını qeyd edib: “Seçicilər 20 faizi fəallıqla iştirak ediblər və onlar da Milli Şuranın namizədinə səs veriblər”.

***

Müsavat başqanı İsa Qəmbər çıxışına “Sizi təbrik edirəm, cənab prezident”, deyə başlayıb: “Seçkinin saxtalaşdırılmasına görə beynəlxalq birliyinin münasibətləri davam edəcək. Biz bu qələbəni demokratik düşərgənn bir araya gəlməsi nəticəsində əldə etdik. Sizlərin, fədakar insanların fəaliyyəti nəticəsində biz bu qələbəyə nail olduq. Qəhrəman gənclərimiz böyük uğura imza atdılar. İş davam etməlidir. Biz seçkinin nəticələrinin ləğvinə çalışmalıyıq. Xalqımızla, vətəndaşımızla işimizi davam etdirməliyik. Çünkü bu rejimə xalqımız özü son qoyacaq”.

Növbəti çıxışçı AXCP sədri Əli Kərimli qeyd etdi ki, Milli Şura, Cəmil Həsənli və xalq bu seçkidən qələbə ilə çıxdı: “Bizlər, xalqımız bu seçki kampaniyası ilə yeni bir xalq hərəkatının əsasını qoyduq. Bu xalq hərəkatı Azərbaycana demokratiyanı gətirəcək. ATƏT-in hesabatı 2003-cü ildə Ukraynada “Narıncı inqilab”a gətirib çıxarmış hesabatlardan daha sərtdir. Bunu Azərbaycan xalqı bilməlidir. Bizim mübarizəmiz ATƏT-ə və ya beynəlxalq birliyə dayanmayıb. Hakimiyyət hazırda elə bir fon yaradıblar ki, hamı satqındır. Və bunlar pulları ilə onları satın alıblar. Əslində dünyanın əsl demokratları gerçəkliyi bilir. İlham Əliyevin qələbəsinin heç bir hüquqi əsası yoxdur. Seçki total şəkildə saxtalaşdırılıb. Sabah təyin olunmuş mitinq çox önəmlidir. Biz bu mitinqdə xalqımıza açıq danışmalıyıq. Tez toparlanıb, tez təşkilatlansaq haqq elədiyimiz qələbəyə tez nail olacağıq”.

***

AXP lideri Pənah Hüseyn çıxışına Cəmil Həsənlini təbrik etməklə başladı: “ Seçkidə iştirak olmasaydı bizim bu qələbəmiz olmayacaqdı. Biz qalxqımız qarşısında bu imtahandan qələbə ilə alnı açıq çıxdıq. Cəmil müəllimin seçki komandası çox böyük işlər gördü. Biz ruhdan düşməmişik. Prosesi ciddi şəkildə dəyərləndirəcəyik. Mübarizə böyük coşqu ilə davam edəcək”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol