“Ordumuz ən müasir texnika və silahlarla təchiz edilib”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda da müasir texnika və silahlar istehsal edilir: “Gözətçi hərbi gəmiləri, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, 100-dən çox döyüş hərbi-nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş üçün pilotsuz aparatlar, ən müasir artilleriya qurğuları, uzaq mənzilli raketlər, yaylım raket sistemləri, əməliyyat-taktiki raket sistemləri alınıb. Bunlar bizim hərbi gücümüzü artırır. Bütün bunları ona görə edirik ki, Azərbaycan ordusu güclü olsun. Çünki dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir. İşləsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi. Beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi yoxdur. Güc amili əsas amil kimi çıxış edir. Ona görə də biz bu siyasəti aparırıq və bu, düzgün siyasətdir. Biz dost ölkələrlə səmərəli əlaqələr nəticəsində dünyanın ən müasir silahlarını əldə etmişik. Bundan sonra da Azərbaycan ən müasir silah və texnika alacaq. Buna nail olmaq üçün dost ölkələrlə əlaqələrimiz və maliyyə resurslarımız var”.
Ali Baş Komandan qeyd edib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhu mövcuddur: “Ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan ordusu işğalçını yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonunun bir hissəsi işğalçılardan azad olundu. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan ordusu nəzarət edir. Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik. Onların illərlə yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində darmadağın etdik”.


Şərhlər
BÜTÜN NÖV FƏRDİ TƏMİNATLA VƏ MÜASİR DÖYÜŞ TEXNİKASIYLA TAM TƏMİN OLUNMUŞ, NƏZƏRİ-PRAKTİKİ HƏRBİ TƏLİM VERİLƏRƏK DÖYÜŞ VƏ MƏNƏVİ-PSİXOLOJİ CƏHƏTDƏN YÜKSƏK SƏVİYYƏDƏ HAZIRLANMIŞ, HƏR AN ALİ BAŞ KOMANDANIN VERDİYİ ƏMRİ VƏTƏNİ-DÖVLƏTİ-XALQI-AİLƏSİ NAMİNƏ NƏYİN BAHASINA OLURSA OLSUN YERİNƏ YETİRMƏYƏ DAİM HAZIR VƏ QADİR OLAN, RƏHBƏRƏ-DÖVLƏTƏ-XALQINA-AİLƏSİNƏ-ÖZÜNƏ-SİLAHINA İNANAN-GÜVƏNƏN MÖHKƏM DƏMİR İNTİZAMLI ƏSGƏRDIR-HƏRBİÇİDİR!
ermənistanın heç vaxt güclü ordusu olmayıb.Bizi özlərinin təsiri altında saxlamaq üçün ərazilərimizi ermənilərin adı altında rus ordusu işğal edib.ermənilər Qərbə üz tutduğuna görə indi Rusiya bizim əlimizlə erməniləri qorxudub geri qaytarmaq istəyir.ermənilər onlara aid olmayan ərazilərdə qalmaq istəmir və yaxşı bilirlər ki,onları bu oyuna bolşevik ideologyasından aralana bilməyən rus imperiyası qatıb.Artıq əsil düşmən özünü gizlədə bilmir..