"Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi".
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.
Ali Baş komandan qed edib ki, Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq göstərib: "Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik.
2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var".


Şərhlər
HALAL OLSUN CENAB GENERAL.ORDENIN MUBAREK,ONA LAYIQ KOMANDIRSEN.ALLAH SENI QORUSUN.MEN WEXSEN SENINLE FEXR EDIREM,EY TEVAZOKAR INSAN.SAQ OL QARDAW .
Qələbən mübarək, General Kərəm Mustafayev. Bunu baş Komandan deyir, bizlər deyirik. Həmişə varlığın bizlərə və bu millətə təsəlli. Çünki, öz vəzifəni həmişə şərəflə, vicdanla yerinə yetirdin və bundan sonra da yetirəcəksən. Vətənpərvərsən, İşgüzarsan, qətiyyətlisən və ən əsası da millətinə, dövlətinə sadaqətlisən. Yaxşı ki varsan. Tanrıdan diləyim, Qoy zəfər qismətin olsun. Çünki sən buna layiqsən, cənab General.