Menu

İran-Pakistan sərhədində 3 terrorçu öldürülüb

26.06.2018, 13:18
İran-Pakistan sərhədində 3 terrorçu öldürülüb

İranın cənub-şərqində təhlükəsizlik qüvvələri ilə terrorçu qruplaşma üzvləri arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunları ötən axşam Pakistan istiqamətindən İran ərazisinə soxulmaq istəyən terrorçu qrupu zərərsizləşdirib.

Atışma nəticəsində 3 terrorçu ölüb, bir neçəsi yaralanıb və qalanları Pakistan ərazisinə qaçıb. Hadisə zamanı yerli Bəsic könüllülərindən 2 nəfər və SEPAH üzvlərindən 1 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol