Qəza sakinləri yaxın vaxtlarda aclığın sərhəddinə ola bilər, BMT-nin humanitar yardım üzrə koordinatoru bildirib.
Bundan başqa, İsrail Fələstin ərazisinin yarısının dünya ilə əlaqəsini kəsdiyinə görə, ərazidə kəskin su çatışmazlığı mövcuddur.
Qəzaya nəzarət edən islamçı Hamas qruplaşmasının lideri Khaled Meshaal bildirib ki, sülh planına sektorun mühasirədən çıxarılması maddəsi əlavə etməyənə qədər atəşkəsi rədd edəcək.
Fələstin rəsmiləri deyir ki, son iki həftədə Qəzada 700 nəfərdən çox sakin həlak olub.
İsrail tərəfdən isə 34 nəfər həyatını itirib.
BMT, bundan əvvəl, İsrailin Qəzada hərbi əməliyyatlarını, eləcə də Hamas hərəkatının İsrail torpaqlarını raket hücumuna tutmasını qınayıb. /BBC


Şərhlər