Menu

İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

26.06.2018, 23:01
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti antiterror əməliyyatı keçirib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hava əməliyyatı İraqın şimalındakı Avaşin Basyan və Zap bölgələrində təşkil olunub. Əməliyyat nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol