Menu

DÇ-2018: Bu gün qrup mərhələsinə yekun vurulacaq

28.06.2018, 10:15
DÇ-2018: Bu gün qrup mərhələsinə yekun vurulacaq

DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mundialda qrup mərhələsinə yekun vurulacaq. Sonuncu qarşılaşmalar G və H qruplarında başutacaq.Əvvəlcə H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşəcək. Bu dördlüyün arasında Polşanın 1/8 finala çıxmaq şansı qalmayıb. İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edir. 3 xalı olan Kolumbiya isə qələbə qazanmalıdır.

G qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidi. Hərəsinə 6 xalı olan İngiltərə və Belçika öz aralarındakı oyunla lideri müəyyənləşdirəcəklər. Keçirdiyi hər iki matçı da uduzan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.

DÇ-2018

28 iyun

III tur

 

H qrupu

18:00. Yaponiya - Polşa

Volqoqrad, "Volqoqrad Arena"

 

18:00. Seneqal - Kolumbiya

Samara, "Samara Arena"

 

1. Yaponiya 2 1 1 0 4:3 4
2. Seneqal 2 1 1 0 4:3 4
3. Kolumbiya 2 1 0 1 4:2 3
4. Polşa 2 0 0 2 1:5 0

G qrupu

22:00. İngiltərə - Belçika

Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis

Saransk, "Mordoviya Arena"

 

1. İngiltərə 2 2 0 0 8:2 6
2. Belçika 2 2 0 0 8:2 6
3. Tunis 2 0 0 2 3:7 0
4. Panama 2 0 0 2 1:9 0

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol