Bakıda qumarxana aşkarlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən “Arena City” restoranında, Lerik rayon sakini Vaqif Şamilovun “Poker” kart-qumar oyunları təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı 2 ədəd “Poker” oyun kart dəsti, qumar oyunlarına qoyulmuş 245 manat aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma başlanıb.


Şərhlər