Menu

İranda uranı zənginləşdirən zavod işə düşdü - 9 ildən sonra yenidən

28.06.2018, 13:50
İranda uranı zənginləşdirən zavod işə düşdü - 9 ildən sonra yenidən

İranda 9 ildən sonra nüvə yanacağı istehsal edən əsas zavod yenidən fəaliyyətə başlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, zavod İslam Respublaksının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin tapşırığı ilə işə salınıb.

Bununla da son 9 ildə ilk dəfə İranın İsfahan şəhərində UF6 (Uran-6-Florid) hasilatı, uranın zənginləşdirilməsi üçün sentrafuqlar işə düşüb.

Zavodun açılışına səbəb ABŞ-ın İranın nüvə proqramına dair Əhatəli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxması göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol