Menu

"Türkiyə ilə Rusiya arasında münasibətlər zirvədədir" - Türkiyə səfiri

28.06.2018, 15:20
"Türkiyə ilə Rusiya arasında münasibətlər zirvədədir" - Türkiyə səfiri

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Rusiya Federasiyasındakı səfiri Hüseyn Diriöz bəyan edib ki, Rustya ilə ölkəsinin arasında münasibətlər pik səviyyəsindədir.

«Ölkələrimiz arasında münasibətlər pik həddinə yüksəlib» - deyə, səfir «Türkiyə-Rusiya dostluğu axşamı» tədbirində bəyan edib. Diplomat qeyd edib ki, Türkiə və Rusiya liderləri - Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında əla münasibət var.

Onun sözlərinə görə, Türkiə 2018-ci ildə Rusiyadan 6 milyon turist gözləyir.

Səfir öz çıxışını rus dilində «doroqiye druzya» sözləri ilə başlayıb. O, ümid etdiyini bildirib ki, bir ildən sonra rus dilində çızış edə biləcək. Hələlik isə o, «Rossotrudniçestvo» sözünü çətinliklə tələffüz edib. «Mən, çox dəfə məşq etdim, amma...» - qeyd edib.

Diriöz öz çıxışını yenə rus dilində «bolşoye spasibo» sözləri ilə bitirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol