“Media forum” saytı xəbər verir ki, iyulun 24-də Bolqarıstan parlamenti Plamen Oreşarski hökumətini istefaya göndərib.
Bolqarıstanın baş naziri Plamen Oreşarski iyulun 23-də istefaya gedəcəyini elan etmişdi. Oreşarski istefa qərarını hakim Sosialist Partiyasının Avropa Parlamentinə seçkidə pis nəticə göstərməsi ilə əsaslandırıb.
Parlamentin bugünkü iclasında hökumətin istefa qərarını 180 deputat dəstəkləyib. Qərarın əleyhinə 8 deputat səs verib, 8 nəfər isə bitərəf qalıb.
Bu il oktyabrın 5-də ölkədə növbədənkənar parlament seçkisi keçiriləcək.


Şərhlər