«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis Cənubi Koreyaya səfər edib və orada həmkarı Son En Mu ilə danışıqlar aparıb. Bu barədə xəbəri «Röyter» agentliyi yayıb.
Görüşün əsas mövzusu Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqu inkişaf etdirmək xatirinə, geniqmiyaslı ikitərəfli hərbi təlimlərin dayandırılması məsələsi olub.
«ABŞ-Cənubi Koreya hərbi təlimlərinin («İlçi-Fridom qardian» - UFG) dayndırılması barədə bu yaxınlarda qəbul olunmuş qərar, razılığa gəlmək üçün bizim diplomatlara böyük imkanlar yaradır. Koreya yarımadasında yaşanan gərginliyin sülh yolu tənzimlənməsi perspektivlərini artırır» - deyə, Mettis Seulda bəyan edib.
Bununla bərabər, Amerikalı nazir qeyd edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirmək məqsədilə, Cənubi Koreyada hərbi kontingentinin sayını dəyişməz saxlayır.
Səfər çərçivəsində Mettis Koreya Prezidenti Mun Çje İnlə də görüşməli idi, ancaq dövlət bşçısı soyuqladığı üçün, görüşü ləğv edib.


Şərhlər