Boşanmaq üçün məhkəməyə gələn Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Təranə Fərmail qızı Nəbiyeva əri tərəfindən öldürülüb.
"Report”un Şirvan bürosunun məlumatına görə, Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı ər qəfil arvadına hücum çəkərək boğaz nayihəsinə bıçaq zərbələri vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Qeyd edək ki, qətlə yetirilən qadın 1 uşaq anası olub.
Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.
Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.
Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.
Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər
Məhkəmə zallarına silahla daxil olmaq ,ancaq Azərbaycanda olur.
mehkeme zalinda cinayeti toreden sexsin uzerinde olan bicaq hardandir
Əcabə görəsən Bizim prokrorluq hüququn gözü qarşısında olan faktın nəyini araşdıracaqmış. İkincisi hüququn gözü qarşısında öldürülən qadının ölümü ilə bağlı Mingəçevir şəhər məhkəməsinin hansısa bir görəvlisi məsuliyyətə cəlb olunacaqmı. Çünki, hadisə məhkəmə gedişatına nəzarət edən nəzarətçilərin nəzarətsizliyindən baş verib. Təkcə qatilin tutulması şərt deyil. Onsuz da bizim məhkəmələrdə içəri girənlərin heç biri yoxlanılıb, ...