Menu

Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

29.06.2018, 16:30
Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, sabahdan bu hissə istifadəyə verilir: "İstifadəyə verilən hissə sıxlığı aradan qaldıracaq. Həmin hissə istifadəyə verilməklə 20 Yanvar tuneli ilə hərəkət bərpa edilir. Bundan sonra sıxlıq aradan qaldırılacaq. Tam təmir işləri isə bir həftəyə yekunlaşacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol