Menu

Naxçıvanın daxili işlər naziri və DİN-in idarə rəisinə rütbə verilib

29.06.2018, 17:23
Naxçıvanın daxili işlər naziri və DİN-in idarə rəisinə rütbə verilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Fazil Nəriman oğlu Ələkbərova

polis general-mayoru ali xüsusi rütbəsi

polkovnik Heydər Teyyub oğlu Heydərova.

Qeyd edək ki, F.Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, H.Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Şərhlər

Ramiz Nağıyev 2018-06-29 17:23:22

Hər ikisini ali rütbəyə layiq görülmələri ilə əlaqədar, bütün digər polis əməkdaşlarını isə peşə bayramlarına görə ürəkdən təbrik edirəm, çətin, ağır və məsuliyyətli işlərində onlara uğurlar diləyirəm!

Naxcivan 2018-06-29 17:23:22

Tebrikler. Fazil muellim heqiqeten buna layiqdi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol