«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp əlverişli ticarət sazişləri müqabilində, Fransanın Avropa İttifaqından (Aİ) çıxmasını Emmanuel Makrona təklif edib.
Avropa hökumətindəki mənbələrə istinadla, bu barədə «Vaşinqton Post» qəzeti yazıb.
Xəbər verildiyi kimi, aprelin sonunda Tramp və Makron Ağ evdə ticarət məsələlərini müzakirə ediblər.
"Siz, nə üçün Avropa İttifaqından çıxmırsınız?" - guya, Tramp soruşub. Sonra, Fransanın Aİ-dan çıxacağı təqdirdə, ABŞ Prezidenti bu ölkəyə daha əlverişli (Aİ ilə müqayisədə - red.) şərtlərlə ticarət müqaviləsi təklif edib.
«Münasibət» rubrikası altında dərc olunmuş material, gələn ay Trampın Avropaya gözlənilən səfərinə həsr olunub. Səfər çərçivəsində o, NATO sammitində iştirak edəcək və Helsinki şəhərində Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə görüşəcək.


Şərhlər