Menu

Çində ağır yol qəzası olub, ölənlər və yaralananlar var

30.06.2018, 12:12
Çində ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Çində baş verən yol qəzasında 18 nəfər ölüb."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sina" portalı məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Pekin-Honkonq magistral yolunda, Xunan vilayətində qeydə alınıb. Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində daha 14 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır, təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol