Menu

Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib

30.06.2018, 12:46
Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb."Report" xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Gülməmmədova Narın Cəlil qızı yolu keçərkən onu kiçik tutumlu yük avtomobili vurub. Qadın çoxsaylı sınıq xəsarətləri alıb.

O, dərhal təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol