Menu

Yaponiyada raket buraxılışı bu dəfə də uğursuzluqla nəticələndi

30.06.2018, 13:22
Yaponiyada raket buraxılışı bu dəfə də uğursuzluqla nəticələndi

Yaponiyada "Interstellar Technologies Inc" şirkətinə məxsus xüsusi raketin buraxılışı uğursuzluqla nəticələnib.

"Report"un məlumatına görə, hadisə iyunun 30-da, yerli vaxtla saat 05:30-da baş verib. On metrlik raket buraxıldıqdan sonra partlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu, son vaxtlar ölkədə baş vermiş ikinci hadisədir. Analoji hadisə 2017-ci ilin iyulunda da baş verib. "Interstellar Technologies" şirkəti tərəfindən hazırlanmış raketin buraxılışı uğursuzluqla nəticələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol