Menu

Xəzərin Xaçmaz sahilində 1 nəfər batıb

30.06.2018, 21:15
Xəzərin Xaçmaz sahilində 1 nəfər batıb

Xəzər dənizində növbəti ölüm hadisəsi baş verib.

“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol