Menu

Gürcüstanda üç il öncə qətl törətmiş azərbaycanlı tutulub

01.07.2018, 12:26
Gürcüstanda üç il öncə qətl törətmiş azərbaycanlı tutulub

Gürcüstanda qətlə görə 2015-ci ildən axtarılan 1971-ci il təvəllüdlü Şamxan Veçilov saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs 2015-ci ilin noyabrın 20-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində şəxsi münaqişə zəminində 1971-ci il təvəllüdlü N. P. adlı şəxsi “Makarov” tipli tapança ilə qətlə yetirib, 1956-cı il təvəllüdlü M. Q. adlı şəxsi isə ağır yaralayıb.

Qətllə nəticələnmiş insidentə pul borcu səbəb olub. Ş. Veçilovu 11 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol