Menu

İşıqsız Bakı - VİDEO

03.07.2018, 10:42
İşıqsız Bakı - VİDEO

Ötən gecə Bakı və Azərbaycanın əksər rayonları işıqsız qalıb.

“Report” mövzu ilə bağlı Bakı şəhərindən hazırladığı videomaterialı təqdim edir.

Qeyd edək ki, ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb Mingəçevirdəki "Azərbaycan" İES-də qəzanın baş verməsi olub. Gecə saatlarında hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Yol polisi işıqforların işləməməsi səbəbindən paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləyib.

Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb. Qəza metrostansiyaların da fəaliyyətində çətinliklər yaradıb. Yaranmış problemlər aradan qaldırılır.

Şərhlər

t.ədalət 2018-07-03 10:42:11

İşığın müvəqqəti dayanması Azərsuyu çaşdırıb.Bu,o deməkdir ki, suyun taleyi heç də etibarlı əllərdə deyil.Məgər,durulducu sistem işıq yoxa çıxan kimi dayanır?Bəs ehtiyat su yoxdur?Hiss olunur ki,digər sahələrdə olduğu kimi Azərsuda da əsas işi maliyyə oğurluğunun üstündə qurublar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol