Menu

Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə olublar

03.07.2018, 11:14
Baş nazirin müavini və “Azərenerji”nin sədri Mingəçevirdə olublar

Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb. Soyutma işləri aparılıb və vəziyyət tamamilə nəzarət altındadır. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Şərhlər

t.ədalət 2018-07-03 11:14:35

Savadsız adamların hesabına xalq əziyyət çəkir.

aysberq 2018-07-03 11:14:35

Bəli Cənablar gəliblər baxıb görsünlər ki, büdcədəki profisitin başına nə qədər daş sala bilərlər. Beri bolşe, kiday ofşoram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol