«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) kəşfiyyatının başçısı Robert Eşli hesab edir ki, ABŞ Çin və Rusiya ilə «kosmik müharibə»yə başlaya bilər.
Onun sözlərinə görə, Pekin və Moskva kosmosda müharibə aparmaq məqsədiə yeni silah yaradır. Silah yaxın vaxtlarda orbitə çıxarılmaq üçün hazır olacaq.
«Daily Mail» nəşrinin məlumatına görə, Eşli əlavə edib ki, Rusiya və Çin «yerüstü və kosmik mövqelərdən peykləri tutmaq qabiliyyətində olan silah növlərini inkişaf etdirir».


Şərhlər