Menu

Cəmil Həsənli İlham Əliyevi Avropa Məhkəməsinə çəkir

11.10.2013, 15:05
Cəmil Həsənli İlham Əliyevi Avropa Məhkəməsinə çəkir

O, prezidentin gəlirləri haqqında bəyannaməni açıqlamasına nail olmağa çalışacaq

Demokratik Qüvvələrin Milli Şurasından (DQMŞ) prezidentliyə namizəd Cəmil Həsənli MSK-nın digər namizəd – prezident İlham Əliyevin gəlir bəyannaməsi haqqında məlumat verməkdən imtinası ilə bağlı Ali Məhkəməyə şikayət verib.

Müddətə görə, şikayətə oktyabrın 11-də baxılmalı idi, lakin bu günə proses təyin edilməyib, deyə məhkəmədə Həsənlinin maraqlarını təmsil edən “Hüquq və İnkişaf” Mərkəzinin rəhbəri Hafiz Həsənov bildirib.

Prezidentliyə namizəd Hafiz Hacıyev tərəfindən təhqirlərə, hədələrə və fiziki hücuma məruz qaldığı (Hacıyev Həsənliyə su butulkası atıb) teledebatla bağlı ona verilmiş ciddi xəbərdarlığın qanuniliyinə də etiraz edir.

“Biz hər iki işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacağıq, çünki söhbət Cəmil Həsənlinin Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş ifadə və informasiya əldə etmək azadlığı hüquqlarının pozulmasından gedir”, deyə Həsənli bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol